Marsda əvvəllər yaşayış olub- İLGİNC İDDİA FOTOLAR

 

Marsda milyardlarla il əvvəl yaşayış olması haqda iddialar artmağa başlayıb. Qırmızı planetdə tapılan qaya nümunələri bu iddiaları daha da gücləndirib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, NASA tərəfindən Marsa göndərilən "Persevarence" kəşfiyyat vasitəsi buradantoplanan ilk qaya nümunələrinin uzun müddət su ilə təmasda olduğunu aşkarlayıb. Bu isə qırmızı planetdə milyardlar il əvvəl yaşayış ola biləcəyinə dair ehtimalları artırır.

"Euronews"un yaydığı xəbərə görə, Marsa səyahət layihəsinin məsul elm adamlarından olan Ken Farley açıqlamasında bildirib ki, toplanan ilk qaya nümunələri nə vaxtsa potensial yaşayış və davamlı bir mühit olduğunu sübut edir.

NASA geoloqu Keyt Stak Morqan da qayalarla bağlı maraqlı bir fakt olduğunu deyib. O qeyd edib ki, qayalar yeraltı sularla davamlı qarşılıqlı əlaqədə olub, bu da qırmızı planetdə yaşayış üçün mühit ola biləcəyi ehtimallarını artırır.

Toplanan süxurların tərkibində tapılan duz mineralları da Marsda suyun olduğuna dair bir işarədir.

Qeyd edək ki, "Persevarence" kəşfiyyat vasitəsinin altı təkərli robotu eyni qayadan sentyabrın 6-da "Montdenier", sentyabrın 8-də ikinci "Montagnac" olaraq təyin olunan nümunələr toplayıb. Nümunələrin milyardlarla il əvvəl qırmızı planetdə həyat olub olmadığını araşdırmasına dair elm adamlarına kömək edəcəyi gözlənir.

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300