Azərbaycanda elektron kitab oxuyanların sayı 3 milyona çatıb

 

Bu il Milli Kitabxananın elektron kitabxanasının "onlayn oxu" düyməsi vasitəsilə elektron kitab oxuyanların sayı 3 milyon nəfərə çatıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Milli Kitabxanasından məlumat verilib. Bildirilib ki, hazırda Milli Kitabxananın Elektron bazalarında 1 322 289 elektron resurs var:

"COVID-19 pandemiyasının yaratdığı fəsadlar Milli Kitabxanadan da yan keçməyib. 2020-ci il mart ayının 11-dən etibarən Milli Kitabxana öz fəaliyyətini onlayn rejimdə davam etdirir. Pandemiya ilə əlaqədar kitabxana daxilində oxuculara xidmət dayandırıldığı üçün qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya xidmətini virtual rejimdə təqdim etmək üçün xidmət miqyasını genişləndirərək, kitabxananın saytında yeni "Onlayn xidmətlər” pəncərəsi yaradılıb. Onlayn xidmətlər pəncərəsinin "Biblioqrafik sorğu”, "Elektron sifariş”, "Metodiki xidmət” bölmələri daim aktivdir və istifadəçilərin elektron informasiya tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir. Pandemiya şəraitində Milli Kitabxananın saytındakı "Elektron sifariş” bölməsi vasitəsilə 92 min 850 istifadəçiyə 175 min 523 resurs göndərilib. Pandemiyanın yaratdığı maneələrə baxmayaraq 2020-2021-ci illər ərzində Milli Kitabxanada robot skanerlər, portativ skanerlər və rəqəmsal fotoaparatlar vasitəsi ilə çəkilmiş və qrafik proqramlarda işlənmiş 69 min 234 tammətnli elektron resurs hazırlanıb".

Məlumatda həmçinin qeyd olunub ki, Milli Kitabxananın Elektron kitabxanasından elektron kitab oxuyanların sayı daima artmaqdadır:

"2019-cu ildə Milli Kitabxananın elektron kitabxanasından onlayn oxu düyməsi vasitəsilə elektron kitab oxuyanların sayı 1 250 724 olmuşdusa, 2020-ci ildə artaraq 2 996 278 olub. 2021-ci ilin göstəricilərinə görə bu rəqəm 3 000 000-dur. Pandemiya şəraitində Milli Kitabxananın əməkdaşları tərəfindən 36 Elektron məlumat bazası (http://www.millikitabxana.az/databases), 86 virtual sərgi (http://www.millikitabxana.az/projects/1) hazırlanaraq istifadəçilərə təqdim edilib.

Eyni zamanda Azərbaycan Milli Kitabxanasının əməkdaşları 81 ölkənin musiqi irsini özündə birləşdirən Beynəlxalq Petruççi Musiqi Kitabxanasının Azərbaycan bölməsində "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun icazə verdiyi və ya müəlliflərin özləri tərəfindən rəsmi icazə verilən Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səs yazılarını MP-3 formatında "Petruççi Musiqi Kitabxanası”nda (www.imslp.org) yerləşdiriblər".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300