Kəmaləddin Heydərov vergi borcu olan şirkəti qalib etdi -Tender oyunları

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki Təzhizat İdarəsi elektrik generatoru, elektrik avadanlıqları və digər elektrik alətlərinin təmiri ilə istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri üzrə elan etdiyi tenderlərin qaliblərini açıqlayıb.

 

Yenicag.az xəbər verir ki, hər iki tenderin qalibi "TNT ENGINEERING” MMC olub. FHN görüləcək işlər müqabilində şirkətə 290 280 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyst məlumatlarında "TNT ENGINEERING” MMC-nin 09 avqust 2016-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41, mənzil 11-dir. MMC-nin qanuni təmsilçisi Mürsəlov Şamxal Söhrab oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC artıq 4 ildir fəaliyyət göstərir.

"TNT ENGINEERING” MMC əsasən FHN-nin elan etdiyi tenderlərin qalibi olur. Şirkətlə dövlət qurumu arasındakı dərin əməkdaşlığın kökləri isə bəlli deyil.

Nazirlik ötən il sözügedən şirkətə dəyəri 292 404 AZN olan tender verib. Bu müqavilə bağlanarkən "TNT ENGINEERING” MMC-nin 36.59 AZN vergi borcu olub. Şirkətin hazırda da 39.02 AZN vergi borcu var.

"Dövlət Satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddəsinə əsasən, tenderdə iştirak edən kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300