AzVirt MMC-dən yekəxanalıq-özü üçün işıqfor qoydurub...

Bakıda "Azvirt” MMC öz üçün işıqfor qoydurub.TİA. Az-ın xəbərinə görə, şəhərin Bəşir Bünyadov küçəsində yerləşən müəssisə magistral və intensiv hərəkət olmayan yolda ehtiyac yaranmadığını halda rəhbərliyin, əməkdaşlarının giriş-çıxışı üçün işıqfor qoyulmasına nail olub. Belə ki, həmin işıqfor günün 24 saatı yaşıl işıqda olur, heç bir halda qırmızı işıq olmur, elə ki "Azvirt” MMC-dən kimsə maşını ilə darvazalardan çıxanda içəridə olan düymə basılır, istədiyi an işıqfor qırmızı olur, bu vaxt əsas yolda hərəkətdə olan maşınlar işıqforda dayanır, şirkətin vəzir-vəkil, ağalarının rahat çıxmasını gözləməli olurlar.


 

Bu da qanunazidd addımdır və şirkətin təkəbbürlüyü, vətəndaşlara qarşı saymaz münasibətidir. Halbuki MMC-dən çıxan maşın sağ və solu gözləməklə istədiyi istiqamətə dönmə edə bilər. Ancaq onlar özlərinə əziyyət verib gözləməmək üçün xüsusi işıqfor qoydurublar, düyməni idarə edirlər. Əgər gün ərzində şirkətdən avtomobillə çıxış olmasa işıqfor 24 saat yaşıl işıqda işləyəcək. Çünki həmin ərazidə onsuz da bu qurğuya ehtiyac yoxdur ki, nəqliyyatın hərəkətini tənzimləsin. B.Bünyadov küçəsində Azvirt MMC kimi çoxlu müəssisələr eyni qaydada yerləşir, amma heç biri bu addımı atmayıb.

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300