İnternetin sürətinə görə dünyada 118-ci yerdəyik

 

Bu ilin aprel ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 38,05 Mbit/s təşkil edib. 
Cari ilin aprelində ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti mart ayının göstəricisi ilə müqayisədə 4,3 artaraq 15,75 Mbit/s olub.

Dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 53,38 Mbit/s və 12,85 Mbit/s təşkil edib.

Aprel ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 134 ölkə arasında 3 pillə geriləyərək 67-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (190,87 Mbit/s), Cənubi Koreya (186,06 Mbit/s) və Qətər (181,43 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin aprel ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,17 Mbit/s, çıxış sürəti isə 25,54 Mbit/s təşkil edib. Bu göstəricilər mart ayı ilə müqayisədə müvafiq olaraq 6,3 və 3,3% artıb.

Aprel ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 2 pillə geriləyərək 118-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (245,5 Mbit/s), Cənubi Koreya (241,58 Mbit/s) və Honkonq (SAR) – 240,83 Mbit/s olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 102,12 Mbit/s və 54 Mbit/s olub (APA).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300