Rasim Məmmədovun bacanağı niyə intihar etdi? -ŞOK TƏFƏRRÜAT

 

Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən "Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intihar edib.

Uluyol.info  ölkə.az-a istinadən xəbər verir ki, bu barədə ilk məlumatı iş adamı, sabiq deputat Nazim Bəydəmirli yayıb.

O bildirib ki, E.Rəhimov illər öncə elə "Baku Steel Company”də bacanağı R.Məmmədovla işləyib. Daha sonra onların qanunsuz əməlləri ilə razılaşmayaraq etiraz edib və şirkətlə yollarını ayırıb.

İddiaya görə, bundan sonra R.Məmmədov təzyiq edərək baldızının Elşən Rəhimovdan boşanmasına səbəb olub. Ardınca isə Elşən Rəhimov xaricə köçüb və orada karqo şirkəti yaradıb.

Onun ölkədən didərgin düşməsinə səbəb olan Rasim Məmmədovu DTX həbs edəndən sonra Elşən Rəhimov ailəsi ilə barışacağına ümid edərək Azərbaycana qayıdıb.

Daha sonra Elşən Rəhimov keçmiş bacanağının istintaqına cəlb edilsə də, R.Məmmədovla əlaqəsinin olmadığı müəyyən edilib və sərbəst buraxılıb.

Ramazan bayramı günü Elşən Rəhimov növbəti dəfə həyat yoldaşı ilə görüşərək yenidən bir araya gəlmək istədiyini bildirib və lakin barışıq təklifi qəbul edilməyib.

E.Rəhimov bundan sonra Bakıda yerləşən binalardan birində özünü asaraq intihar edib.

R.Məmmədovun dostlarından biri məlumatı təsdiqləyib. Qeyd edib ki, E.Rəhimovun boşanması sadəcə sənəd üzərində olub. O, ailəsi ilə mütəmadi əlaqə saxlayıb.

Hüquq-mühafizə orqanlarından isə bildirilib ki, mayın 13-ü və 14-də Elşən Rəhimov adında şəxsin intihar etməsi ilə bağlı rəsmi informasiya mövcud deyil.

Xatırladaq ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300