Laçın sakini 30 ildən sonra xarabalıqlar arasından əl işini tapıb -FOTO

Laçın rayonunun Güləbird kənd sakini, tikinti mütəxəssisi Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.

Hit.az-ın xəbərinə görə, o, 1980-ci illərin sonlarında Güləbirddə Sarı Aşığın məzarı üzərində abidəsinin ucaldılmasında iştirak edib.

Belə ki, həmin vaxt orta məktəbdə oxuyan V.İmranovun memarlığa marağını görən heykəltəraş ona daş üzərində Sarı Aşığın kiçik portretini işləməsini tapşırıb. V.İmranov bunun öhdəsindən gəlib və onun əl işi də həmin məqbərəyə əlavə olunub.

Otuz ildən sonra işğaldan azad olunan Güləbird kəndinə ayaq basan V.İmranov dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapıb.

Qeyd edək ki, 1989-cu ildə Güləbirddə Sarı Aşığın abidəsinin açılışı olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300