Cıdır düzündə 29 il əvvəlki şəkli ilə foto çəkdirdi - FOTO

 

Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

"Report" xəbər verir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib.

"1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacağam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", - o bildirib.

Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib. Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300