Şuşada yeni tikilən məscid belə olacaq FOTOLAR

 

Şuşada bu gün Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan məscid modern memarlıq üslubunda layihələndirilərək inşa ediləcək.

Uluyol.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir. Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir.

Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Bu, Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.

Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın "Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq.

Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq.

 

  
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300