Türkiyəli həkim ikiqat maska taxmaq məsləhət görür

 

"Türkiyədə koronavirusun ən çox 3 ştammına rast gəlinib”.

BAKU.WS"hürriyet.com”a istinadən xəbər verir ki, bu sözləri türkiyəli həkim Ahmet İnal deyib.

O bildirib ki, bunların hamısından ən təhlükəlisi Böyük Britaniya ştammıdır:

"Nadir hallarda aşkar edilənlər virusun Braziliya və Cənubi Afrika ştamlarıdır. Koronavirusun bu növünə olduqca az rast gəlinir. Nazirliyin açıqladığı rəqəmə görə, bu 250-yə yaxındır. Peyvəndin ştamma qarşı təsiri də azdır. Zamanla mutasiyalara yenisi də əlavə edilə bilər. Bəlkə də, Türkiyə ştammına da rast gələcəyik. Lakin hələ ki, tapmadıq”.

Həkim yoluxma hallarının artmasının ən böyük səbəbini Böyük Britaniya ştammında görür:

"Böyük Britaniya ştammının ən vacib xüsusiyyəti şiddətli xəstəliyin olmamasıdır. Lakin o, sürətlə ötürülə bilən virusdur.

Yüksək yoluxucu xüsusiyyətləri səbəbilə ikiqat maska taxmaq lazım ola bilər. Əsas qayda maska, məsafə və təmizlikdir. Buna görə də mutasiyaya uğrayan viruslardan asılı olmayaraq maskanı ikiqat taxın".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300