Dünyada koronavirusa yoluxanların sayı 160 milyon nəfəri ötdü

 

Dünyada COVID-19-a yoluxma hallarının sayı 160 milyonu ötüb.

Bu barədə "Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Belə ki, mayın 11-də təhlükəli infeksiyaya yoluxma hallarının sayı 160 21 129 təşkil edib.

Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 33 519 020 yoluxma aşkarlanıb.

Siyahıda sonrakı yerdə Hindistan (23 288 260 yoluxma), Braziliya (15 214 030), Fransa (5 780 379) qərarlaşıb. Türkiyədə koronavirusa 5 044 936, Rusiyada 4 896 842, Böyük Britaniyada 4 437 217, İtaliyada 4 116 287, İspaniyada 3 581 392, Almaniyada 3 538 927, Argentinada 3 165 121, Kolumbiyada 3 015 301, Polşada 2 838 180, İranda 2 691 352, Meksikada 2 366 496, Ukraynada 2 124 535, Peruda 1 853 370, İndoneziyada 1 723 596, Çexiyada 1 646 981, Cənubi Afrikada 1 597 724, Niderlandda 1 571 398 və Kanadada 1 296 262 yoluxma aşkarlanıb.

Dünyada COVID-19-dan ümumilikdə 3 323 714 insan ölüb. Bununla yanaşı, 137 713 834 nəfər təhlükəli infeksiyadan sağalıb.

Hazırda 18 983 581 pasiyentin müalicəsi davam edir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300