Şəmkirdə odlu silahla iki nəfəri öldürmək istəyən şəxs həbs edilib

 

Mayın 09-da, saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundanverilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilibki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300