Ermənistan parlamenti buraxıldı  

 

Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

"Report”xəbər verir ki, Nikol Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə bir deputat səs verib, 76 deputat isə bitərəf qalıb.

Beləliklə, Paşinyan yenidən baş nazir postuna seçilməyib

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

Bundan sonra, ölkə prezidenti Armen Sarkisyan növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.

Qeyd edək ki, Nikol Paşinyan respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprelin 25-də istefa verib. Texniki prosedura uyğun olaraq, baş nazirin ardından ölkə hökuməti də istefaya gedib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300