Türkiyədən Latviyaya SƏRT REAKSİYA:"Qanunsuz qərarı rədd edirik"

 

"Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı” kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün göstərilən boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil”, – bəyanatda vurğulanıb.

XİN-dən bildirilib ki, 1915-ci il hadisələri ilə əlaqədar olaraq, beynəlxalq hüquqla müəyyən edilmiş soyqırımı ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyil: "Bu cəhd həm də BMT-nin 1948-ci ildə qəbul etdiyi "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”ya, həmçinin 1915 hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Hüquqları Məhkəməsinin 2013 və 2015-ci il qərarlarına ziddir.

Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu səhv addımdan geri dönməyə və bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurmağa səy göstərməyə dəvət edirik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300