İndiyədək Azərbaycanın 54, Ermənistanın 1 vətəndaşı minaya düşüb (HESABAT)

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Aktual.az-a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin aprel ayında 8 hadisə nəticəsində 12 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.

 

Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olub, dörd mülki şəxs və altı hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Ağdam, Tər-tər, Qubadlı və Zəngilan rayonlarının ərazisində baş verib.

 

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikası 54 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

 

Bundan başqa, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanıb.

 

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", məlumatda bildirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300