Bakının ən böyük ticarət mərkəzləri - "Binə" və "Sədərək" yarmarkaları ağır günlərini yaşayırlar.

Minlərlə adamın işlədiyi bu ticarət mərkəzlərində alış-verişin demək olar ki, dayanması üzündən gəlirlər çox aşağı düşüb. Alverçilər günlərlə heç nə sata bilmədiklərindən şikayət edirlər. 

Musavat.com saytı xəbər verir ki, son aylarda çətin günlər yaşayan bu iki ticarət mərkəzinin bir də nə zaman əvvəlki halına qayıdacağı bilinmir. Ölkədəki maddi böhran zəncirvari xarakter daşıdığı üçün hər bir sahəyə öz təsirini göstərir. Getdikcə iflasa uğrayan iş adamları öz bizneslərini ya kiçildir, ya da tamamı ilə qapadırlar. Bu da kütləvi işsizliyə yol açır.

Ölkə başçısının biznesmenlərin lehinə çıxışlar etməsi də deyəsən, fayda vermir. Çünki bu, böhranın önünü kəsmir. Misal üçün "Sədərək" ticarət mərkəzində əvvəllər dükan sahibləri satıcı işlədib, maaş verirdilər. İndi isə çoxları bunu edə bilmir. Çünki qazancları icarə haqqını güclə ödəyir. Məcburən artıq özləri satıcılıq edirlər. Bu da işsizlərin sayını artırır. 

"Alver var idi, pul olurdu, alver yoxdur, pul da yoxdur"

Söhbət etdiyimiz tacirlər vəziyyətin çox pis olduğunu, getdikcə ticarət mərkəzində dükanların azaldığını bildirdilər: "Bizim burada 3 dükanımız var idi. Ən çox ziyan vuran dükanı bağladıq. İndi icarəyə vermək istəyirik, amma bir nəfər belə zəng edib, maraqlanmayıb. Çünki heç kim risk etmək istəmir. Əvvəllər isə burada boş dükan tapmaq olmazdı. Alver var idi, pul olurdu, alver yoxdur, pul da yoxdur". 

"Güzəşt etmək əvəzinə, bizi daha da sıxırlar"

Alverin zəif olması, icarədarlara böyük problem yaradır. Çünki ticarət mərkəzinin rəhbərliyi onlara heç bir güzəşt etmir: "İkicə gün icarə haqqını gecikdirən kimi gəlib, qapıya kilid vururlar. Malların qalır, bayırda... Yalvarıb-yaxarmaq da işə yaramır. Məcbursan bu "krizis" dövründə kimə ağız açıb, pul alıb, icarəni verəsən. Heç bir güzəşt edilmir. İnsaf yaxşı şeydir. Özləri də bilirlər ki, alver 70 faiz azalıb. Çətinlik çəkirik. Güzəşt etmək əvəzinə, bizi daha da sıxırlar. Nəzərə almırlar ki, biz olmasaq, onlar da olmaz. Tacirlər hamısı çıxıb, getsə, pulu kimdən alacaqlar? Onsuz da çox adam dükanı bağlayıb, gedib. Biz də getsək, bunlar müflis olarlar". 


Ticarət mərkəzində bir az hərəkətli olan yer paltar satılan sıralar və nisbətən "Şirniyyat" adlanan yer idi. Bunun da səbəbi qış mövsümünün başlamasıdır. Digər yerlərlə müqayisədə bura daha ucuz olduğu üçün insanlar qış alış-verişlərini buradan edirlər. O belə, istənilən səviyyədə deyil. 

"Elite" ticarət mərkəzində də vəziyyət heç də ürəkaçan deyil. Binanın 2-ci mərtəbəsində sadəcə, 2-3 xəz satılan dükan qalıb. Onlar da brend markalar olduğu üçün fəaliyyətlərinə davam edirlər. Satıcılar isə sadəcə gözləyirlər. Gözləyirlər ki, manat və rubl yenidən "ayağa qalxacaq". Çünki manatın "ölməsi"nin təsiri qədər, rublun da təsiri var.


Belə ki, Dağıstan Respublikasının əhalisi artıq bu bazarlara gəlmir. Onlar rublun ucuzlaşmasından sonra "Binə" və "Sədərək"dən mal aparmağı əlverişsiz olduğunu hesab edirlər. Hazırda Rusiyada 1 dollar 64 rubla bərabərdir. Sanksiyalardan öncə isə 1 dollar 34 rubla bərabər idi. 

Məhəmməd Türkmən,
Fotolar müəllifindir.

 









 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300