Bakıda 108 binanın sakinləri köçürülür -RƏSMİ

 

Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur. Hazırda sözügedən binalarda köçürülmə işləri aparılır.

 

Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, hazırda BŞİH-in balansında 11 min çoxmənzilli yaşayış binası mövcuddur:

"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə bizə artıq rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinətinə də artıq müraciət etmişik. Hazırda bu binalarda yaşayan şəxslərin köçürülməsi prosesi aparılır”.

Xatırladaq ki, bir neçə gün öncə Badamdar qəsəbəsində binanın üzlük daşının 14 yaşlı yeniyetmənin başına düşməsi nəticəsində bədbəxt hadisə baş verib. Həmin yeniyetmə bu gün dünyasını dəyişib.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300