Uşaqlar üçün yeni kitab -"Amurun hekayələri"

 

Tanınmış yazıçı Murad Köhnəqalanın uşaqlar üçün yazdığı "Amurun hekayələri” adlı yeni nəsr kitabı çap olunub. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Müəllifin bildirdiyinə görə "Amurun hekayələri” təkcə azyaşlıların deyil, eyni zamanda yeniyetmə və gənclərin də maraqla oxuyacağı bir kitabdır. Kitaba, müəllifin rəngli povest adlandırdığı "Bulud pinəçisi” və yeddi modern-alleqorik hekayə daxildir.

Yeni kitabı haqqında fikirlərini bölüşən Murad Köhnəqala bunları dedi:

"Hazırda Azərbaycanda nəşr edilən uşaq ədəbiyyatı nümunələrinin böyük əksəriyyəti əsasən, bağça yaşlı uşaqları əyləndirməyə hesablanan bəzəkli və bahalı oyuncağa bənzər kitablardı. Bu cür kitablar, adətən, uşağa hansısa tərbiyəvi mesaj ötürmək gücündə olmayan söz yığınından, siçan-pişik şəkilləri və şeirciklərindən ibarət olur. Yəni, bu tip məhsullar uşaqların mənəvi dünyasına yox, böyüklərin kommersiya maraqlarına xidmət etdiyindən uşaqlar əsl uşaq ədəbiyyatından bixəbər böyüyürlər. Yadımdadı, Sovet dövründə də uşaq ədəbiyyatı ilə bağlı müəyyən zərərli ənənələr var idi. Məsələn, böyüklər üçün yazdıqlarında uğur qazana bilməyənlər uşaq ədəbiyyatına cumurdular. Halbuki ədəbiyyatın bu sahəsi çox ciddi, hətta deyərdim ki, strateji bir sahədir. Odur ki, dünya ədəbiyyatının ən nüfuzlu imzaları, o boyda Tolstoy, Mark Tven, Ekzüperi, Astrid Lindqren, Ceyms Qrinvud, Hans Xristian Anderson, özümüzünkülərdən Abdulla Şaiq, Mir Cəlal, Məstan Günər uşaq ədəbiyyatı yaratmaqla məşğul olublar. İnanıram ki, çağdaş dünya nəsri ilə səsləşən bu kitabım Disney dövrü uşaqlarının düşüncə və fantaziyasının gəlişməsində, onların bədii - estetik zövqünün formalaşmasında mühüm rol oynayacaq”.

 

222.PNG (414 KB)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300