Reza Deqati 29 il əvvəl Şuşada gördüklərindən yazdı:"Azərbaycanlıların ruh yüksəkliyi məni heyrətləndirmişdi"

 

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqraf 29 il əvvəl Şuşanın işğalı ərəfəsində şahidi olduğu hadisələrdən bəhs edib.

Musavat.com bildirir ki, fotoqraf həmin günlərdə çəkdiyi fotonu paylaşaraq, qeyd edib:

"Şuşa, 1992-ci il. Şuşada qalan son jurnalist mən idim və rus hərbi dəstəyi ilə ağır texnikalarla ermənilər tərəfindən mühasirəyə alınmış şəhərin işğalından bir qədər əvvəl oranı tərk etməli idim.

Qarabağ müharibəsini işıqlandırdığım bir aydan çox müddət ərzində anladım ki, Azərbaycanın real peşəkar ordusu yoxdur və xeyli sayda könüllü, polis və digər mülki qüvvələr Qarabağı qorumaq üçün müharibəyə qoşulub. Vəziyyət çox gərgin, itki sayı çox yüksək olsa da, işlərini atıb, Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin ruh yüksəkliyi məni heyrətləndirirdi.

Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Alətin özü atəş nəticəsində məhv edilsə də o, kamanı özü ilə gətirmişdi.

Azərbaycanlılar əsasən çox yaxşı musiqiçilərdir. Bir milyon qaçqına, şəhidlərə, qətliamlara, azərbaycanlıların faciələrinə göz yuman dünya mətbuatına Qarabağ fotolarını göstərmək üçün Parisə geri döndüm".

Xalidə, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300