Milli Məclisin sədri türkiyəli həmkarı ilə telefonla danışıb

 

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Bu barədə "Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

Milli Məclis Sədri sözügedən bəyanatın tarixi xəta olduğunu və qəbuledilməz xarakter daşıdığını ifadə edib, bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu dilə gətirib. Parlamentin Spikeri son dövrlər region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı və bu tip bəyanatların bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıdığını dilə gətirib.

Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin Sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulayıb.

Qardaş Türkiyənin parlament sədri Mustafa Şentop tutduğu mövqe və göstərdiyi dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkür edib. TBMM Sədri ABŞ Administrasiyasının atdığı bu addımın böyük bir səhv olduğunu və bu səhvin ən qısa müddətdə aradan qaldırılacağına ümid etdiyini bildirib.

Sonda spikerlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan əməkdaşlıq və parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300