Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
Əfqanıstanın cənubundakı Zabul əyalətində partlayış törədilib.
Trend-in məlumatına görə, partlayış əyalətin qubernatoru Atacan Haba Bayanın iqamətgahında baş verib.
Hadisə nəticəsində qubernatorla yanaşı, bir neçə nəfər də yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.