Rüstəm Muradovun Xankəndidə sual doğuran görüşləri-FOTOLAR

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra Xankəndidə erməni biznesmenlər Artak Balayan və Armen Balayan ilə görüşüb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Hraparak” nəşri yazıb. Onların "Şərab respublikası” adlı restoranda görüşərək birlikdə nahar etdikləri bildirilib. Görüşün təxminən iki saat davam etdiyi qeyd olunub.

Burada diqqət çəkən vacib məqam isə Armen Balayanın eks-Prezident Robert Koçaryanın ən yaxın adamlarından biri olmasıdır. Rüstəm Muradovun bu görüşü Ermənistandakı hakim siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb.

Ümumiyyətlə isə son dövrlərdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı vaxtaşırı qeyri-adekvat fəaliyyətləri Azərbaycan ictimaiyyətində də narazılıq yaradır. Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun Qarabağdakı separatçı qüvvələrin qalıqları ilə formal və qeyri-formal görüşlər keçirməsi bu kontingentin fəaliyyətinin necə tənzimləndiyinə dair sualları yenidən gündəmə gətirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300