Portuqaliya millisinin baş məşqçisi: "Bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər”

 

"Azərbaycanla oyunda favorit olmağımızla razıyam”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis DÇ-20222-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Amma həmişə olduğu kimi rəqibə hörmətlə yanaşmasaq, oyuna yaxşı köklənməsək və bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər. Nəzəri cəhətdən hər şey gözəldir. Amma xallar meydanda qazanılır”.

Santuş qarşılaşmanı finala bənzədib: "Sabahkı görüşə hazır olacağımıza şübhə etmirəm. Rəqib 35-40 metr aralığında toplaşacaq. Biz rəqibin kəskin əks-hücumlarında diqqətli olmalı və standart vəziyyətlərə fikir verməliyik. Futbolçularım millidə oynayanda yüksək motivasiyalı olur. Cəmi 8 oyunumuz var və hər biri finala bərabərdir”.

Qeyd edək ki, sabah İtaliyanın Turin şəhərindəki "Yuventus” stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300