Məşhur restoranlar cərimələndi -SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

 

Musavat.comxəbər verir ki, nəzarət tədbirləri çərçivəsində martın 23-də ölkə üzrə 425 ictimai iaşə obyektində 731 monitorinq keçirilib.

Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Səbail ‎rayonu, Y. Məmmədəliyev küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Qasımova Sevinc Mayıl qızına məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, R. Rza küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Ramiz Fikrət oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 37D ünvanında yerləşən, fiziki şəxs Ələsgərzadə Vasif Fəxrəddin oğluna məxsus çay evi;

4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus "Kabak" restoranı;

5. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küçəsində yerləşən, fiziki şəxs İbrahimov İlyas Şahlar oğluna məxsus "Halal manqal" kafesi;

6. Bakı şəhəri, Səbail ‎rayonu, Z. Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən, hüquqi şəxs "Novgüv" Məhdud Məsuliyyətli Cəmiyyətina məxsus "The Bagel Bar” restoranı;

7. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 1 ünvanında yerləşən fiziki şəxs Nüsrətov Samit Tofiq oğluna məxsus kafe;

8. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Soltanzadə Anara məxsus kafe;

9. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;

10. Bakı şəhəri, Xətai rayonu, A. Novruzov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Seyidov Miryaqub Mirvəli oğluna məxsus "Dostluq" kafesi;

11. Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Əbdülhəlimli Rəşxan Zakir oğluna məxsus kafe;

12. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Emin Faiq oğluna məxsus "Dönərçi" kafesi;

13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Teymurov Elsevər İsmayıl oğluna məxsus kafe;

14. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Şükürov Bəhmən Asif oğluna məxsus "Ovqat" restoranı;

15. Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən, fiziki şəxs Osmanov Fəqan Telman oğluna məxsus kafe;

16. Bakı şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 29 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli Hüseyn oğluna məxsus kafe;

17. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşviq Rafael oğluna məxsus "Sərin” restoranı;

18. Bakı şəhəri Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən, hüquqi şəxs "Asnaf" sənaye şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Staybridge” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

19. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən, fiziki şəxs Hümbətova Mehbarə Paşa qızına məxsus "Laçın yekləri" kafesi;

20. Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 9/20 ünvanında yerləşən, fiziki şəxs Həsənova Kifayət Təvəkkül qızına məxsus "Kinder Ville" kafesi;

21. Gədəbəy rayonu, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Sadıqov Sərxan Gündüz oğluna məxsus kafe;

22. Şamaxı rayonu, Bakı-Qazax yolunun 141-ci kilometrliyində yerləşən, fiziki şəxs Abdullayev Sahib Hüseynbala oğluna məxsus "Sərin Meşə" restoranı;

23. Ağsu rayonu, Ağsu dolayları ünvanında yerləşən, fiziki şəxs Tamerlan Yengibar oğluna məxsus restoran;

24. Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən, fiziki şəxs Rəhimov Azad Oktay oğluna məxsus kafe;

25. Qəbələ rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Abdurahmanzadə Tural Hamlet oğluna məxsus çay evi;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300