Bayrağımızla bağlı bəzi məqamlar var ki,biz onları bilir və tədris etmişik. Ancaq elə nüaslar var ki,bizə hələdə qaranlıq qalıb. Bu yazımda bir vətəndaş kimi özümə borc bilib araşdırma apardım və maraqlı rəvayət və faktlara rast gəldim.Hər bir ölkənin ,dövlətin onun müstəqilliyin tanıdan məhz onun bayrağı,gerbi və himnidir.Gələn araşdırmalarımda gerbimiz və himnimizin yaranma səbəblərindən olacaq.Hələ ki ,mövzumuz bayraqdır və bayraq haqda .Bayraq hər bir dövlətin ,qrumun və təşkilatın fərqləndirən ,işarələyən parçadan olub,müharibələr,inqilablar,mitinqlər və s.yerlərdə öndə baş üzərində aparılan ,rəsmi və qeyri-rəsmi təşkilatların binası qarşısında həmin təşkilatları təmsil edən,Şəhidlərimizin məzarı üzərinə sərdiyimiz bayrağımızın hər bir rənginin ,işarəsinin özünə məxsus mənası vardır.
Azərbaycan Respublikasının dövlət bayrağı üç üfiqi və bərabər enli zolaqdan ibarət olub,yuxarıda göy,ortada qırmızı və aşağı zolağı yaşıl rəngdədir.Qırmızı rəngin üzərində hər iki tərəfində aypara və səkkiz güşə vardır. Bayrağımızın eninin uzunluğuna nisbəti 1:2-dir.Əsası Əli Bəy Hüseynzadə tərəfindən qoyulan bayrağımız tək qırmızı rəngdə olub.Türkiyə bayrağından sadəcə ulduzlarında fərqlilik var idi. İndi keçək rənglərə.
 

GÖY RƏNG : Bayrağımızda göy rəngin milli kimliyimizlə birbaşa əlaqəsi var və bununla bağlıdır.Bəs niyə türklər göy rəngə üstünlük verdi? Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif araşdırmalar ,tədrislər var.Hələ orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız -hesabsız qədim abidə və tikililərdə əks olunan göy rəng nəzərə çarpacaq dərəcədə çoxluq təşkil edirdi. Bu baxımdan göy rəng bir növ simvolik məna daşıyır.Göy rəng həm də XVIII əsrdə Elxanilər dövlətinin əzəmətini , onların zəfər yürüşlərini əks etdirib.
Gələk reallığa .Bu gün bayrağımızın göy rənginin anlamı nə qədər qalıb?Türkçülükdən nə saxlaya bilimişik?Milli kimlik kimi özümüzü unutduq.Azərbaycan gəncindən milliyətin soruşanda:cavabında -azərbaycanlı deməsi sizə bir şey demir?! Biz birdən-birə azərbaycanlı demədik ,bunu zaman -zaman beynlərimizi ələ alıb dedizdirdilər. Biz niyə özümüzə türk demirik və yaxud çəkinirik.Çünki türkün torpağı tapdaq altında,ana-bacısı əsirlikdə olmaz!
Biz türkdilli xalqlar və dövlətlərlə yaxınlaşmaq əvəzinə uzaqlaşdıq.Bu proses təkcə bizdə deyil. Böyük milliyətçi şair Almas İldırım "Qara dastan "əsərində yazırdı:
Türk elləri bir-birinə yadlanır,
Qazax,Qırğız,Türkmən,Özbək adlanır,
Azəri türk yanar içdən odlanır,
Ana yurdum içdən halı duman hey...
Nərdə böyük Vətən, nərdə Turan hey...
Biz öz dilimizdə danışmağı özümüzə utanc bildik. 70 il Sovet hakimiyyətinin bizim yadlaşmağımıza və bir-birimizdən ayrı düşməyimizə böyük təsiri olmuşdur.Və həmin dönəmdə rus dilinin hər yerdə aparıcı dil olması,indidə qərbin hegamonluğu və nəticə etibarilə ingilis dilinin gündəmi zəbt etməsi.Əbülfəz Əliyev müstəqiliyimizin ilk dönəmlərində Rusiya dövlətinə rəsmi səfəri zamanı tərcüməçi tələb etməsi təqdirə hal kimi yaddaşlarımızdadır.Soruşanda ki, siz özünüz rus təyamüllü məktəb oxuduğunuz təqdirdə niyə tərcüməçi istədiniz? Cavabında isə "Biz müstəqil dövlətik və bizm öz dilimiz var.Hər bir dövlət də mənim dilimə sayqı ilə yanaşmalıdır.Əbülfəz Əliyevdən yazarkən bunları qeyd etməyim lap yerinə düşər."Türk millətinə ən çox lazım olan şey mənəviyyata dayanaraq birləşə bilməkdir.Azərbaycan gənci! Sən gözəl bilirsən ki,Türk gəncindən ayrı deyilsən.Qarşında böyük hədəflər,ağır vəzifələr var Qarabağı sən qurtaracaqsan, Azərbaycanı sən birləşdirəcəksən.Buna güvənim və inamım tamdır.
Düzdür türkdilli dövlətlərlə müəyyən addımlar atılıb və bu təqdirə layiq haldır.TMB(Türk musiqi birliyi), TRT-AVAZ kanallarının açılması,dövlətlər arası saziş və müqavilələrin bağlanması,amma bu sadaladıqlarım bəs etmir.
Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş,bəziləri müstəqil dövlətlərin daxilində muxtar qrumlar,bəziləri heç özünüidarə hüququna da malik deyil.Müxtəlif ölkələrin daxilində Əfqanıstan, İraq, İran,Suriya, Bolqarıstan,Ruminiya , Yunanıstan,Ukrayna,Moldova,Gürcüstan,Rusiyada və başqa ölkələrdə yaşayırlar.Amma biz talelərimizə biganə yanaşırıq.Bu gün Çində yaşayan türklərə qarşı və onların inanclarına qarşı olan hayqırıya təpki göstərə bilmirik.Fərdləşmişik.Halbuki, sevgili peyğəmbərimiz Məhəmməd (s.a.v.)Türklərin dilin öyrənin,çünki onların uzun sürəcək hakimiyyəti vardır.Bir millət yeddi dövlət prinsipi ilə yola düzəlib,Türk-İslam birliyin yaratmaq zərurətindəyik. Başbuğ Alparslan Türkeşin təbirincə desək"İslamiyyət ruhumuz,Türklük bədənimizdir " və deyirdi "Gənclər hər biriniz birər türk bayrağısınız ,bayrağı ləkələməyin,kirlətməyin,yerə düşürməyin" .
 

QIRMIZI RƏNG : Qırmızı rəngin XVIII əsrin sonlarında Fransa Burjua inqilablarından sonra kapitalizmin inkişafı ilə bağlı olması və Avropa ölkərinindəki nəzərə çarpacaq irəliləyişlər.Proletarizatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub.Və bu vaxtlar qırmızı rəng Avropanın simvoluna çevrilib.Qırmızı rəngin sırf Avropadan gəlməsi aydın olur. Bu rəngin bizim bayrağımıza gətirilməsi avropaya ,müasir cəmiyyət,demokratiyanı inkişaf etdirmək ,bir sözlə müasirləməni ,inkişafı təcəssüm edir.Üç rəngli bayrağımızın yaradıcısı olan Əli Bəy Hüseynzadə yazırdı: "Avropalaşalım,fişəngləşəlim,deyirsiniz. Lakin ey qare(oxucu) ,müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına,sənayelərinə,ümum və maariflərinə ,kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz-özlərinə deyil ! Biz istəriz ki,islam ölkəsinə onların beyinləri,dimaqları girsin".Bəs biz qırmızı rəngi ,müasirliyi qavraya bildikmi?Yox biz əksinə Avropanın geyimlərinə inteqrasiya etdik.Müasirliyi dəb-dəbəli geyimlərdə,saç düzümlərində və s. yerlərdə tapdıq.Və bunun müqabilində nə itirdik?Bunun müqabilində hicabı itirdik.Xarici demokratiya institutların,dövlətlərin ölkəmizə demokratiyanın boğulması ilə sanksiyalarına cavablarına hicabı məktəblərdən yığışdırdılar.Axı biz demokratiyanı geyimdə daha doğrusu soyunmaqda (üzr istəyirəm) tapmışıq.Bax beləcə güya biz demokratik ölkəyik .Ancaq hicab mərifət,əxlaq ,namus kodeksidir.Əgər vahid məktəbli geyiminə əlavəni əldə bayraq tutmuşdunuzsa ,birincisi islama söykənib hicabıda əlavə edərdiz.Və bu könüllü olardı.İkincisi bəs siz əlavədən danışırsız bəs niyə məktəbli qızların vahid məktəbli formasının başına daha doğrusu ətəyinə hansı oyunlar açmasın nədən görmədiniz.Yox sizə maraqlı olan ,və marağınızda olan şeyləri görürsüz.Və beləcə müasirləşmə adı altında milli mənəvi dərlərimizdən uzaq düşdük. Aqibətimiz göz önündədir.
 

YAŞIL RƏNG: İslam svilizasiyasına,islam dininə mənsubluğumuz və sitayişimizdən irəli gəlib.Üç rəngli bayrağımız təsis olunarkən yaranacaq dövlətin üç prinsipdən biri də islam olmuşdur.Buda bayrağımızda yaşıl rəngdə qeyd olunmuşdur.Azərbaycan xalqının əksəriyyəti islam dininə sitayiş etməsi və əvvəldə qeyd etdiyim müasirliyi düzgün qavraya bilməməyimiz islama ləkədir.Düzdür din dövlətdən ayrıdır.Bu o demək deyil ki, məscidlərin qapısı bağlı , o biri tərəfdə kilsə tikib ,sinaqoqlar təmir edilməsinə rəvac vermir.Məndə tolerantlığın tərəfdarıyam.Dinimizdə kitab əhlinə Qurani-Kərimdən əvvəlki kitablara sayqı ilə yanaşmağı göstərir.Bu kitablara təhriflər olunduğu üçün Qurani-Kərim Cənab Cəbrayıl (ə.) vasitəsilə sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbərə göndərildi. Bəs biz Allah-Təalanın bizə göndərdiyi Qurani -Kərimə necə əməl edirik?Əməli-saleh bəndə ola bildikmi?Düzdür dünyanın hər yerində islamın parçalanmasının,təriqətlərə bölünməsinin şahidi oluruq.Son zamanlar bu Azərbaycanda da özün göstərməkdədir.Amma bütün bunlar islama zidd olan şeylərdir.Tovhid islam dini İbrahim Xəlilullahdan yadigar qalıb.
Yaşıl rəngin izahlı geniş variantda araşdırma zamanı deyərdim ki, təkcə Əli Bəy Hüseynzadənin "Qərmızı qaranlıqlar içində yaşıl işıqlar"əsərində rast gəldim.Onu da qeyd edim ki, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu Məmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında belə qeyd edirdi:"bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin,müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".Göründüyü kimi yaşıl rəng ortada qırmızı rəngin yerində olub.
 

AYPARA və SƏKKİZ GÜŞƏLİ ULDUZ :
Araşdırma zamanı bayrağımızda olan aypara və səkkiz güşəli ulduzla bağlı yekdil fikrə rast gəlmədim.Cumhuriyyət yadigarı olan bayrağımızın rəngləri və mənaları açıqlansada aypara və səkkiz güşəli ulduz barəsində dəqiq açıqlanma verilməyib.
AMEA-nın dissertantı Akif Məmmədli "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanb və bunlar türkçülük,islamçılıq,çağdaşlıq,dövlətçilik,demokratiklik,bərabərlik,və mədəniyyətlilikdir"
Tarixçı Cəbi Bəhrəmov:"Bayrağımızın üzərindəki aypara türk xalqlarının simvoludur,səkkiz güşəli ulduzun mənasına gəlincə bu Azərbaycan sözünün əski əlifbada yazılışı ilə bağlıdır, belə ki,əski əlifbada Azərbaycan sözü 8 hərflə yazılır"
Başqa bir tarixçimiz Cəmil Həsənli isə bildirib ki,ay -ulduz türk simvolları hesab olunur.Qədim türk mifologiyasına görə ulduzların sayı həmin xalqların taleyində rol oynayır.Ulduzlar səkkiz güşə kimi düzüləndə həmin xalqın taleyində xoş hallar baş verib.
Cəfər Cabbarlı "Azərbaycan bayrağına "şeirində yazır:

Kölgəsində ay əyilib bir gözəli qucmada
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayır,
Düşündükcə zövqlərimi,vicdanımı oxşayır,
Bu ay,yıldız,boyaların qurultayı nə demək?
Bircə belə söyləmək,
Bu göy boya Göy Moğoldan qalmış,bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın ,təcəddüdün fərmanə,
Mədəniyyət bulmalı !
Səkkiiz uclu şu yulduz da səkkiz hərfin Od yurdu,
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi ,düzgün sevgi nişanı,
Yurdumuzu qucmuçdur!
Allah,əməllərim edib şu bayrağı intiqal,
Birər-birır doğru olmuş,bir ad almış, istiqlal!
Yürəyimdə bir dilək var,o da doğru kəsilsin
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
Dövründə mübarizə və mücadilə edən şairimiz deyərdim ki, bu şeirində bayrağımızın tərifin vermışdir.Onu da xatırladım ki,Sovet hakimiyyəti dövründə belə şeirlər yazmaq cürət tələb edirdi.Biz bu gün belə səxsiyyətləri unutmamalıyıq. Bəlkə çoxumuz xəbərsizik 1956-ci ilmayın 28-də Cahid Hilaloğlu Qız qalasının üzərindən Azərbaycan bayrağın qaldırmışdır.Sovet hakimiyyəti dövru belə əqidəsindən dönməyib əksinə cümhuriyyətin yenidən bərpa edilməsi və bu hadisə cümhuriyyətin 39 illiyinə təsadüf edirdi.Bu hadisədən sonra 4 il müddətinə həbs edilmiş və bu işdə ona köməklik göstərən Çingiz Abdullayev isə ruhi xəstıliklər üzrə dispanserə aparılır. 1952-ci ildə Almaniyada azərbaycanlıların keçirdiyi Respublika günündə Məmməd Əmin Rəsulzadə bayrağı vətənə aparılmasının qeyd edərkən Gülmirzə Bağırov bu məsuliyyəti üzərinə götürür və 70 - ci illərdə bədəninə sarırıb Azərbaycana gətirir.1990- ci 20 yanvar hadisələrinin fövqündə bayrağı Maştağada yaşadığı mənzilin üzərindən asır. Dahi Öndərimiz Rəsulzadənin vəsiyyəti " Ey Gənclik! Ey Türk Gəncliyi sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq ,müqəddəs bir ideal rəmz yaratdı. Və onu min mükafatla yüksəldərək dediki,bir daha yüksələn bayraq,bir daha enməz! Əlbəttə sən onun bir ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş,ürəklərə enmiş bu bayrağı bir daha o, binanın üzərinə tikəcək,bu yolda ya qazi, yada şəhid olacaqsan" . Ruhun şad olsun Öndər. 
Aypara və səkkiz güşəli ulduz müsəlman sivilizasiyasında da rast gəlinir.Bu rəmz həmişə müqəddəs sayılıb,sadəcə sonralar məzmununu dəyişərək islamında simvoluna çevrildi.Türk xalqlarının X əsrdən başlayaraq islamı qəbul etmələrindən sonra müsəlman aləmində siyasi liderliyi ələ alandan sonra baş vermişdir.XI əsrdən başlayaraq xristian -müsəlman qarşı durmasında xristianların xaç simvollarından geniş istifadə etmələrinə rast gəlirik.Buna qarşı islam ideologiyasın əks etdirən bir rəmzin tətbiq edilməsi zəruzəti yaranmışdı.Bu rəmzidə müsəlman aləmində liderliyi ələ alan türklər gətirdilər.Türklərdə qədim simvolları olan aypara və ulduzdan istifadə etdilər Bu andan etibarən aypara və ulduz islam dünyasında yayılmağa başladı.İslamdan əvvəl aypara və ulduz türklərə məxsus olmasını başqa faktlarda da baxaq.Orta Asiyada tapılmış VI-VII əsrlərdə Göytürk imperiyasına aid olan sikkələri misal gətirmək olar.
Ayparanın və ulduzun yayılma coğrafiyası böyük bir ərazini əhatə etmışdir.Misirdə türk sülaləsi Tulunilərin hakimi ( IX əsr) sultan Əhməd ibn Tulun məscidinin günbəzində Quran ayələri ilə birlikdə ulduz işarələrinə ,Qahirədə bəzi məscid minbərlərində, Qızıl Orda dövlətinin rəmzində aypara , Osmanlı bayrağında,Kontanta şəhərinin günbəzində aypara, IX əsrdə Şirvanşahlar sarayının Məhəmməd məscidinin giriş qapısının üstündə ulduzlar həkk olunmuşdur.Belə misalların sayın artırmaq olar.Ayparanın Mesopotomiyada da olmasına bir söz demirəm.Amma rast gəldiyim yazı "Mesopotomiyadan bütün dünyaya yayılmışdır.Və bundan ən çox türklər və müsəlmanlar istifadə etmişdir".Bəs necə olsun Qobustan qayalarında tapılan aypara və ulduz?! O zaman nə Mesopotomoya var idi nə də başqa sadalanan dövlətlər.Türkiyənin tanınmış tədqiqatçısı Fevzi Kurtoğlu ayparanın türklərə məxsus olması və 5 min il yaşının ,8 güşəli ulduz isə günəşin təsviri olunduğun qeyd edib.Azərbaycan sözünün əski əlifba ilə 8 hərf təşkil etməsi,Midiya maqlarının 8 güşəli olması,Məmməd Əmin Rəsulzadənin Cümhuriyyəti yaradarkən 8 prinsipə dayandığı,Azərbaycanda 8 etnik qrupun olması,8 türk xalqının mövcudluğu və s.
Nəticəmizdən bəlli oldu ki,bayrağımız sırf milli kimliyimiz və dinimizlə bağlı olması necə ki,aya salavat çevirik.Demək ki,bayrağımız bizim and yerimiz olmalıdır.Amma bayrağa münasibət bu gün heç də ürək açan deyil. İcra sturtur binalarının üzərində bayrağa fikir vermisinizmi? Sapları süzülən,rəngi solmuş,bəzi yerlərdə aysız ulduz. Bax belə , bu bizim milli atributumuz olan bayrağımıza münasibətimiz.
 

Müəllif :

Saday Fərəcov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300