Direktorların işə qəbulu imtahanlarında rekord sayda namizəd iştirak edib - FOTO

 

Bu il ilk dəfədirektorların işə qəbulu imtahanlarında rekord sayda – 2 683 namizəd iştirak edib.

Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanları keçirilib.

Direktorların işə qəbulu üzrə keçirilən test imtahanlarınınnəticələrinin təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.

İmtahandaiştirak edən namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər.

Namizədlər eyni zamanda "Test tapşırıqlarına bax” xanasına daxil olub "İmtahanlar” bölməsindən "Köhnə imtahanlar” sırasına, daha sonra "Təfsilata bax” düyməsini klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir.

Müsahibə mərhələsi üçün keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək və şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300