"Fənərbaxça" tribunalara 1000 ədəd fidan yerləşdirdi

 

"Fənərbaxça" tibb işçilərinə təşəkkür etmək məqsədi ilə ev oyunlarını keçirdiyi "Ülkər" stadionunun tribunalarına 1000 ədəd fidan yerləşdirib.

Qol.az xəbər verir ki, bu barədə klubub mətbuat xidməti məlumat yayılıb. Superliqasının 29-cu turunda "Gənclərbirliyi" ilə matçdan əvvəl trubunalara 1000 ədəd fidan qoyulub. Həmin anların fotoları klubun sosial şəbəkə hesablarında paylaşılıb və qeyd edilib:

"Bu fidanları 14 mart Tibb Günü münasibəti ilə həyatları boyu və koronavirus pandemiyası müddətində bizim üçün gecəsini gündüzünə qatan tibb işçilərinə həsr edirik. Bir nəfəsin qiymətini ən yaxşı başa düşdüyümüz vaxtda səhiyyə işçilərinə təşəkkürlərimizi 21-26 mart Meşə Həftəsində əkəcəyimiz 5000 fidan ilə göstərmək istəyirik".

Qeyd edək ki, "Fənərbaxça" - "Gənclərbirliyi" matçı bu gün 20:00-da başlayacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300