"Yuventus" Ronaldunun komandadan gedəcəyi barədə xəbərlərə aydınlıq gətirdi

 

İtaliyanın "Yuventus" futbol komandasının baş məşqçisi Andrea Pirlo hücumçu Kriştianu Ronaldunun mümkün gedişi haqqında suala cavab verib.

"Report”un məlumatına görə, bu barədə "Marca” bildirib.

Baş məşqçi bu barədə məlumatların şayiə olduğunu qeyd edib.

"...Şayiələrə gəlincə, bu, normaldır. O, (Kriştuanu Ronaldu - red) Messi ilə yanaşı, dünyada ən əhəmiyyətli oyunçudur. O, Çempionlar Liqasında əla oynayırdı və öz cəsurluğunu göstərirdi”, - mütəxəssis deyib.

Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə 32 matç keçirib və 27 qol vurub.

Daha əvvəl bildirilirdi ki, "Yuventus" Ronaldunu 60 milyon avroya satmağa hazırdır. Məlumata görə, "Yuventus"un 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilməyib. Əsas namizəd isə Fransa PSJ-sidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300