Alimlər: "Yazda ağacların çiçəklənməsi koronavirusa yoluxmanı artıracaq”

 

"Yazda yalnız havaların qızması səbəbindən deyil, həm də bitkilərin çiçəklənməsi səbəbindən koronavirus xəstəliyinə tutulma halları arta bilər”.


Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə COVID-19 / POLLEN layihəsi çərçivəsində Beynəlxalq Elmlər Akademiyasının jurnalında yayımlanan təhlili məqalədə deyilir.

Alimlərin gəldiyi qənaətə görə, infeksiyanın səviyyəsi ilə havadakı tozcuqların konsentrasiyası arasında əlaqə var."Tədqiqat göstərir ki, bitkilərin baharda çiçəklənməsi 2020-ci ilin yazında Yerin şimali yarımkürəsində yerləşən ölkələrdə koronavirus infeksiyasının sürətlə yayılmasının səbəblərindən biri olubr. Eyni şey 2021-ci ilin yazında da baş verə bilər”, - məqalədə bildirilir.

Tədqiqatçılar xatırladır ki, hər il bitkilərin havaya mövsümi tozcuq buraxması respirator viruslara yoluxmanın pik vaxtına təsadüf edir:"Tozcuqların təsiri insanın antiviral interferon reaksiyasını azaltmaq hesabına bir sıra mövsümi respirator viruslara qarşı immunitetini zəiflədir. Biz araşdırdıq görək, infeksiya dalğası havada yüksək tozcuq konsentrasiyası ilə üst-üstə düşərsə, bunun antiviral interferonlara həssas olan SARS-CoV-2-yə (COVİD 19 –red.) də aidiyyəti olacaq, ya yox. Məlum oldu ki, ya istilik hesabına, ya da və rütubətlə birgə havada yayılan çiçək tozcuqları 44% halda yoluxmalara səbəbdir”.

Məqalədə o da bildirilir ki, sərt karantin rejiminin tətbiq edildiyi ölkələrdə analoji tozcuq konsentrasiyaları fonunda infeksiya səviyyəsi karantin tətbiq olunmayan ölkələrdən iki dəfə aşağı olub. Eyni zamanda, vurğulanır ki, insanın çiçək tozuna allergiyasının olub-olmamasından asılı olmayaraq, tozcuqlar onun koronavirusa qarşı həssaslığını artırır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300