Cənubi Koreyada vaksin olunan 7 nəfər ölüb

 

Cənubi Koreyada "Oxford/AstraZeneca” vaksini ilə peyvənd olunan 7 nəfər dünyasını dəyişib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, hazırda həmin şəxslərin əsl ölüm səbəbləri araşdırılır.
Xatırladaq ki, Cənubi Koreyada fevralın 27-dən etibarən vaksinasiya prosesi başladılıb. Prosesin ilk həftəsində 296 mindən çox insan peyvənd olunub.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin (KCDC) verdiyi açıqlamada bildirilir ki, Peyvənd olunan 2800-dən çox şəxsdə vaksinin yan təsirləri müşahidə olunub ki, onlardan 24 nəfərinin vəziyyəti kiritikdir.

Araşdırma zamanı məlum olub ki, həmin 24 nəfərə "AstraZeneca” vaksini vurulub.
Digər məlumata görə isə ölkədə bu günə qədər 5 min doza "Pfizer-BioNTech” vaksini tətbiq olunub və bu vaksinlə peyvənd edilmiş şəxslərin heç birində mənfi təsirlər müşahidə olunmayıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300