Süni intellekt qərar qəbuluna təsir göstərə bilər

 

Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Birliyinin (CSIRO) "Data61” şirkətinin tədqiqatçıları Avstraliya Milli Universiteti və Almaniya ekspertləri ilə əməkdaşlıqda süni intellektin insan tərəfindən qərarın qəbul edilməsinə təsir göstərə bilməsini müəyyən ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, tədqiqata iştirakçıların kompüterə qarşı oyun oynadığı 3 eksperiment daxil olub. İlk iki testdə iştirakçılar saxta valyuta qazanmaq üçün qırmızı və ya göy xanaların üzərinə keçid edərək sıxıblar. Üçüncü eksperimentdə iştirakçılara saxta valyutanın investisiya qoyuluşu üzrə 2 variant təklif olunub. Ssenaridə iştirakçılar sərmayədar, süni intellekt isə etibarlı idarəedici rolunu oynayıb. Hər üç oyunu keçdikcə süni intellekt iştirakçıların son nəticədə oyunçuların müəyyən qərar qəbul etməsinə kömək edən seçim modelini öyrənib. Məsələn, artıq üçüncü oyunda süni intellekt iştirakçıları ona daha çox pul verməyə məcbur etməyi mənimsəyib.

Tədqiqatın nəticələrinə görə, süni intellekt insanların vərdişlərindən və davranış modellərindən istifadə edərək onların qərar qəbul etməsinə təsir göstərə bilər.

"Tədqiqat nəzəri olsa da, o, bizə insanların necə seçim etməsini daha yaxşı başa düşməyə imkan verib”, – ekspertlər qeyd ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300