Rusiya ilə Avropa arasında gərginlik pik həddə: Sanksiyalar, müharibə təhdidi…

Avropa Birliyi ilə Rusiya arasında gərginlik pik həddə yaxınlaşır. ULUYOL.İNFO xəbər verir ki, son günlər tərəflər arasında yaşanan problemlər, AB-nin Moskvaya sərt sanksiyalar tətbiq edəcəyini bəyan etməsi Kremlin də adekvat addım atmasına gətirib çıxarıb.


Qeyd edək ki, Avropa Birliyi ölkələri yaxın günlərdə Rusiya dövlət məmurlarının, o cümlədən prezident Putin və onun müttəfiqlərinin Qərbdə olan bütün bank hesabları və mülklərinə sanksiya tətbiq edərək, onları müsadirə edə biləcəklərini bəyan edib. Həmin məlumata görə, Qərb Rusiyaya bundan əlavə daha sərt sanksiyalar tətbiq etməyi də artıq qətiləşdirib.

Rusiya tərəfi isə Borrel və digərlərinin verdiyi açıqlamadan sonra dilə gəlib. Kreml rəsmiləri AB-nin atacağı məlum addımlara qarşılıq olaraq, onların da sərt tutum alacaqlarını vurğulayırılar. Bu münasibətlər fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun işlətdiyi ifadələr isə tərəfləri narahat etməyə başlayıb. Hətta bəzi Avropa rəsmiləri bildirirlər ki, Lavrovun işlətidiyi ifadələr müharibə çağırışından fərqlənmir.

Lavrov yerli telekanala verdiyi müsahibəsində nə deyib? Avropa niyə bu qədər tədirgindir? Lavrov açıqlamasında deyib ki, əgər AB Rusiya ilə əlaqələrini kəsmək istəyirsə, Moskva da bu bağları qoparmağa hazııdır. "Buna hazırıq və həmin yöndə də hərəkət edirik. Əgər Avropa Biriliyi bizimlə əlaqəsini kəsmək istəyirsə, biz də ipləri qoparmağa hazırıq”.

Rusiyanın XİN başçısı daha sonra qeyd edib ki, ölkəsinin ən həssas sahələrinə, iqtisadiyyata qoyulan sanksiyaları diqqətdən kənarda saxlamaq fikrində deyillər. "Biz ən həssas sahələrimizə, iqtisadiyyatımıza risk yaradan sanksiyaları görürük. Bunun fonunda AB ilə iplərimizi qoparmaq mümkündür”.

Lavrovun bu ifadəsi isə AB-ni daha çox narahat etməyə başlayıb. O deyib: "Özümüzü dünyadan təcrid etmək istəmirik. Amma buna hazır olmalıyıq. Sülh istəyirsinizsə, müharibəyə hazırlaşın”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300