Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən ibtidai məktəb açılmasını təklif edib.


HiT.Az-ın Türkiyə xəbərinə görə, bu barədə MHP lideri özünün "Twitter" səhifəsində paylaşım edib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.  

MHP lideri keçən il Qarabağın işğaldan azad olunmasını türk millətinin son illərdə əldə etdiyi ən böyük qələbə adlandırıb və bununla sevinc və qürur duyduqlarını ifadə edib: "Qarabağın əsas mərkəzi olan Şuşanın 8 Noyabr 2020-ci ildə xilası terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqedən əlavə o qədər də Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Azərbaycanın mədəniyyət və incəsənət həyatının mənbələrindən biri olan Şuşanın inkişafı və burada yaşayan Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir, bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur”.

Dövlət Baxçalı Azərbaycan himninin 1920-ci il yanvarın 30-da qəbul olunduğunu xatırladaraq, himnin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Şuşada anadan olmuş Üzeyir Hacıbəyliyə məxsus olduğunu qeyd edib.

MHP lideri məhz buna görə də təməlqoyma mərasimin yanvarın 30-da keçirilməsini və inşa ediləcək məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini arzu etdiklərini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300