ABŞ Çinin bəzi ödəniş tətbiqləri ilə əməliyyatları qadağan edib

ABŞ Prezidenti Donald Tramp 8 Çin mobil ödəmə tətbiqinə nəzarət edən şəxslər ilə əməliyyatları qadağan edib.


"Report” xəbər verir ki, bu barədə Trampın sərəncamının mətnində deyilir.

Sərəncam 45 gün sonra - fevralın 19-da, başqa sözlə, Trampın prezidentlikdən getməsindən təxminən bir ay sonra qüvvəyə minəcək. Amma onun xələfi Cozef Baydenin bu tədbirlərdən imtina etmək hüququ var.

Tramp bu addımı ölkənin milli təhlükəsizliyi üçün potensial təhlükə ilə əlaqələndirib.

Qadağa "Alipay”, "CamScanner”, "QQ Wallet”, "SHAREit”, "Tencent QQ”, "VMate”, "WeChat Pay” və "WPS Office” tətbiqetmələrini əhatə edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300