"Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli general

"Tezliklə Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü Türkiyə sülhməramlılarının müşaiyətilə Qarabağda öz ata-baba torpaqlarına geri qayıdacaqlar”.

Bu fikirləri Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.

Kürşat Atılgan deyib ki, Türkiyə hərbiçilərindən ibarət digər heyət də Azərbaycana gəlməyə hazırlaşır:

"İnşallah ən yaxın zamanda onlar Azərbaycana gələcəklər və Qarabağda xidmətlərinə başlayacaqlar.

Türkiyə hərbiçiləri də Rusiya sülhməramlıları kimi Qarabağda xidmət aparacaqlar. Əgər ermənilər Qarabağda təxribata cəhd edərsə, o zaman Türkiyə sülhməramlıları buna imkan verməyəcək. Çünki biz yaxşı bilirik ki, müharibəni uduzan Ermənistan Ordusu tamamilə məhv olmaq astanasında idi. Rusiya sülhməramlıları onları son anda xilas etdi.

Ancaq ermənilər də ağıllarını başlarına toplamalı və təxribatlardan əl çəkməlidirlər. Əks halda, Türkiyə və Azərbaycanın hörmətli rəhbərlərinin də dediyi kimi, bunun nəticələri onlar üçün daha sarsıdıcı olacaq. Türkiyə ədalətdən və sülhdən yanadır. Biz qardaş Azərbaycan kimi regionda daimi sülhün bərqərar olmasını istəyirik. Azərbaycan Ordusununun 2020-ci ildə qazandığı möhtəşəm Qarabağ zəfəri də bu sülhün bərqərar olması üçün zəmin yaratdı. Bundan sonra Ermənistan xalqı çalışıb normal qonşu və dost kimi yaşamağı bacarmalıdır”.

Türk general qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağdan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyona yaxın azərbaycanlı tezliklə öz evlərinə qayıdacaq:

"İnşallah bu qayıdış qardaş Türkiyə sülhməramlılarının müşaiyətilə reallaşacaq. Artıq azərbaycanlı qardaş və bacılarımız qaçqın deyillər, onların torpaqları azaddır. Qəhrəman Azərbaycan əsgərlərinin sayəsində onlar tezliklə öz doğma evlərinə qayıdacaqlar”.   /Demokrat.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300