Şəhid və qazilərimizin ailəsi üçün nəzərdə tutulan yardım maşını İğdırdan yola çıxıb -FOTO

 

İğdır Alulbeyt vəqfinin təşkil etdiyi "Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində "Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Azərbaycana yola salınıb. Bu barədə APA-ya "Okuklu İnşaat” şirkətinin prezidenti Yılmaz Okuklu məlumat verib. Azərbaycan şəhid və qazilərinin ailəsi üçün nəzərdə tutulan yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır "Ehlibeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır İl Müftü yardımçısı Kudbettin Şen və "Ehlibeyt Alimləri”nin üzləri təşkil edib. Onlar bu yardımla qardaş ölkə Azərbaycana dualarını da göndəriblər.

Ebülfez Kocadağ yardımı yola salarkən toplantıda bunları söyləyib:

"Əziz qardaşlarım, bildiyiniz kimi, Can Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu. Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bununla da onlar bir dastan yazaraq İslam hümmətinin iftixarı olublar. Bizlər bu savaşda ən başından Azərbaycan xalqının yanında olduq və olmaqda da davam edəcəyik. Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını yola salmağa qərar verdik.

Əlbəttə ki, Azərbaycanın bu yardıma ehtiyacı olmadığını bilirik, amma bu həmrəyliyin nümayişidir”.

Ebülfez Kocadağ çıxışı zamanı Azərbaycan şəhidlərinə də rəhmət oxuyub.

Toplantıda yardıma qatılan digər nümayəndələr də çıxış edib bildiriblər ki, Azərbaycan xalqı onu bilməlidir ki, biz yaxşı və pis günlərində həmişə onlarla birlikdəyik və Ermənistanı qınayırıq.

Dini alimlərin çıxışından sonra yardım gətirən yük maşını Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilərək ölkəmizə göndərilib. Və bu yardımların davamlı olacağını bildiriblər.

Yılmaz Okuklu sonda onu da bildirdi ki, bunun qarşılığında o da bir yük maşını yardımı İğdırda yoxsul insanlar üçün göndərəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300