Harvard Universiteti Cəmil Həsənlinin kitabını çap edib

 

"Hələ ki kitabın Azərbaycan dilində nəşri hazır deyil. Hazırda türk dilinə tərcüməsi başlanıb və yəqin ki, gələcəkdə Azərbaycan türkcəsində də nəşr olunacaq”.

 

Bunu "Toplum TV”-yə açıqlamasında professor Cəmil Həsənli deyib.

 

Harvard Universiteti Nəşriyyatı Professor Cəmil Həsənlinin uyğur xalqının ağır həyat hekayəsindən bəhs edən "Sincanda Sovet siyasəti” kitabını nəşr edib: "Amerikada universitet nəşrlərinə maraq böyük olur. Birinci nəşr qalın üzlüklə nəşr olunduğu olduğu üçün qiyməti çox baha - 105 dollardır. Bir müddətdən sonra kağız üzlüklə də çıxacaq və haradasa 30-35 dollara olacaq. Kitabın arxasında Avstraliyanın Sidney Universitetindən doktor Devid Brofi, Britaniyanın Kardif Universitetindən professor Sergey Radçenko, Amerikanın Vudro Vilson Mərkəzindən doktor Çarlz Kraus kimi tanınmış mütəxəssislərin rəyləri yerləşdirilib”.

 

Kitabda Şərqi Türküstanın türk və müsəlman xalqlarının (uyğur, qazax, özbək, qırğız, tatar, dunqan və s.) Çin rejiminə qarşı 20 illik mübarizə tarixi (1930-1950) əhatə edilib və mübarizənin liderlərinin - Sabit Domullah, Hoca Niyaz Hacı, Əlixan Törə, Əhmədcan Qasimi, Əbdülkərim Abbasov, Osman Batır, İshakxan Monunov, Delalxan Sugurbayev, Məsud Sabri, Məhəmməd Əmin Buğra, İsa Yusif Altəkin və digərlərinin siyasi portreti yaradılıb.

 

"Sincanda Sovet siyasəti” kitabı "Amazon.com”da, o cümlədən ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya və digər ölkələrin kitab satışı saytlarında satışa qoyulub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300