Ukraynalı deputat: "Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir"

 

"Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir".

Bunu "Report”a Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bildirib.

Onun sözlərinə görə, istər bu ilin iyul ayında, istərsə də sentyabrın 27-də baş verən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan erməni tərəfinin təxribatlarının qarşısını almağa tam hazırdır.

Deputat həmçinin bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşdırma aparıldığını xatırladaraq qeyd edib ki, bu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və Ermənistanın münaqişənin nizamlanmasına dair danışıqlara qəsdən zərbə vurur: "Bu addım Ermənistanın münaqişəni dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərdi”.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300