"Şəhər və qəsəbələri tərk edin, dərhal Ermənistana qaçın…” -Paşinyan 

 

Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda parlamentin iclasında Dağlıq Qarabağda yaşayan erməniləri təcili olaraq şəhər və kəndləri boşaltmağa, Ermənistan ərazisinə qaçmağa çağırıb. Virtualaz.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. (https://news.am/rus/news/604390.html)


Paşinyan çıxışında bildirib ki, Azərbaycan ordusunun bu gün səhərdən başlayan hücumları şiddətlə davam edir. "Bizim hərbçilərimizin müqavimətinə baxmayaraq böyük acı hissi ilə təsdiq edirəm ki, Azərbaycan ordusu hələ də hücumu davam etdirir. İlk növbədə sizin təhlükəsizliyinizi rəhbər tutaraq dərhal yaşadığınız şəhərləri və qəsəbələri tərk etməyə, Ermənistan ərazisinə keçməyə çağırıram”,-Ermənistan baş naziri Qarabağ ermənilərinə müraciətlə bildirib.

Komik duruma düşən Paşinyan vəd edib ki, Qarabağdan qaçan ermənilər narahat olmasınlar, erməni ordusu "Azərbaycan əsgərlərini son nəfərinədək məhv edəcək və bundan sonra onlar öz evlərinə geri qayıda biləcəklər”.

Paşinyanın bu bəyanatı erməni ordusunun sarsıdıcı məğlubiyyətə uğradığını təsdiq edir. Cəbhədən yeni qələbə xəbərlərini tezliklə xalqımıza çatdıracağıq!//virtualaz.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300