Qondarma "DQR prezidenti”: "Azərbaycan ordusu əsas yolları nəzarətə götürüb”

Qondarma "dqr prezidenti” Araik Arutyunyan Xankəndində qondarma "parlamentin” fövqəladə iclasında çıxışı zamanı Azərbaycan ordusunun Dağlıq Qarabağda əsas yolları nəzarətə götürdüyünü açıqlayıb. "Mən həmvətənlərimizi təşvişə düşməməyə çağırıram, sadəcə olaraq hərəkəti məhdudlaşdırmaq və ən zəruri hallarda yola çıxmaq lazımdır. Çünki onlar artıq yolları hədəfə götürüblər”,-Arutyunyan bildirib.

Qondarma rejimin rəhbəri deyib ki, indiki halda panika ölümə bərabərdir və "nə orduda, nə əhalinin sağlam hissəsində panika yoxdur”. O, baş verənləri "ölüm-dirim müahribəsi” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərədə yerləşən hərbi qarnizonunun mühasirəyə alındığını açıqlayıb və erməni komandalığına təslim olmaq çağırışı edib.

Hərbi ekspertlər qeyd edirlər ki, Ağdərə polkunun mühasirəyə düşməsi Ağdam və Tərtər istiqamətindən gedən əsas yolların, o cümlədən Xankəndi-Ağdərə yolunun ordumuzun nəzarəti altına düşməsi halında mümkün ola bilərdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300