İran parlamentinin üzvü ölkəsinin Ermənistana silah göndərməsini xəbərini təkzib edib

 

"İranın Ermənistana silah göndərməsi barədə yayılan şayiələri qətiyyətlə təkzib edirik”.

Bunu APA-nın İran müxbirinə İran parlamentinin daxili məsələlər üzrə komissiya sədrinin müavini olan Məhəmməd Həsən Asəfəri deyib.

O bildirib ki, münaqişə tərəflərinə hər hansı silahın göndərilməsi müharibənin alovlanması məqsədi daşıyır: "Biz indiyə kimi bir münaqişə tərəflərinə "Kalaşnikov” avtomatı belə göndərməmişik. Xüsusən də Ermənistana silah göndərməkdən əsla söhbət gedə bilməz".

O qeyd edib ki, İran bölgədə, Xəzəryanı ölkələrdə, Mərkəzi Asiya ölkələrində sülh və sabitliyin yaradılmasının tərəfdarıdır.

"İran bölgə xalqları arasında birliyin yaradılması üçün əlindən gələni edir və çalışır. İran hesab edir ki, bu gün bölgədə hər hansı bir müharibə baş verərsə, ziyanı Xəzəryanı ölkələrin hamısına dəyəcək".

Asəfəri qeyd edib ki, İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazırdır: "Tərəflər razılaşarlarsa, müzakirələrin Tehranda və ya tərəflərin istədiyi hər hansı üçüncü ölkədə keçirilməsinə hazırdır".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300