İsa Qəmbərin qardaşından şok açıqlama:"Atamı DTK əməkdaşları öldürdü”

 

R.Qəmbər bu qətlin təşkilində siyasi motivlərin rol oynadığını deyib

Azərbaycan Milli Məclisinin səbiq sədri İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər ataları, mərhum akademik, AMEA-nın müxbir üzvü Yunis Qəmbərovun 1991-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən öldürüldüyü barədə şok məlumat yayıb.

AzNews.azRespekt.az-a istinadən xəbər verir ki, R.Qəmbər bu qətlin təşkilində siyasi motivlərin rol oynadığını deyib.

Onun sözlərinə görə, AXC rəhbərlərindən olan qardaşı İsa Qəmbər 1991-ci ilin sentyabrında Ayaz Mütəllibovun prezident seçkilərinə etiraz olaraq Azadlıq meydanında keçirilmiş kütləvi etiraz aksiyasına rəhbərlik etdiyinə görə, atası Yunis Qəmbərov təhdid olunub.

"Atam çox sağlam olduğu halda Ayaz Mütəllibovun keçirdiyi prezident seçkisindən bir gün əvvəl qəflətən vəfat etdi. Daha doğrusu KQB işçilərinin "köməyi” ilə öldürüldü. Bu düşüncə 29 ildir ki, dünyamı dağıdıb”.

Onun sözlərinə görə, ədalət məhkəməsi o vaxtkı DTK rəhbərliyinin günahkar olduğunu isbat edə bilərdi: "Təəssüf ki, o vaxtdan yeni məhkəmə prosesi başladılmayıb. Son 28 ildə mən Almaniyada yaşamışam”.

Kimyaçı, professor Yunis Qəmbərov AMEA-nın müxbir üzvü olub. 1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra "Piroliz” laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda "Karbohidrogen monomerləri” şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib. 1990-cı illərdə həmin institutun direktoru olub.

O, "Qırmızı Əmək Bayrağı”, "Xalqlar Dostluğu” ordenləri və bir sıra medallarla təltif edilib.

Yunis Qəmbərov 1991-ci il sentyabr ayının 7-də qəflətən vəfat edib.

Rövşən Qəmbər Almaniyada 2004-cü ildən rəsmi qeydiyyatdan keçmiş Dünya Azərbaycanlıları Məclisinin sədridir. 1992-ci ildə "Ana Torpaq” Partiyasının rəhbəri olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300