Gələcək Azərbaycan Partiyası onlayn qurultay keçirib

 

Avqustun 31-də Gələcək Azərbaycan Partiyası (GAP) yeni dövrün tələblərinə uyğun olaraq öz qurultayını keçirib.


Partiyadan Musavat.com-a bildirib ki, 2013-ci ildən təsis edilən Gələcək Azərbaycan Partiyası bu günədək dövlət qeydiyyatına alınmadan öz fəaliyyətini davam etdirir:

"Azərbaycan Respublikasının siyasi həyatında yeni dönəmin başlaması ilə əlaqədar, partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər və digər məsələlərlə yanaşı, partiyanın Ali Məclisi, Siyasi Şurasının tərkibinin dəyişilməsi ilə bağlı zərurətlər meydana çıxmışdı.

Beləliklə respublikada pandemiya ilə bağlı karantin rejiminin qüvvədə olması ilə əlaqədar Gələcək Azərbaycan Partiyasının "online” qurultayını təşkil etdik. Bu dəfəki, qurultayımızı digərlərindən fərqləndirən cəhət bu qurultayın "online” keçirilməsi oldu.

Qurultaya üzv seçilmiş 76 nəfərdən ümumilikdə 68 nəfəri qurultayın "online” toplantısına qatıla bildi. Digər qurultay üzvləri isə internet problemləri səbəbindən "online” qurultayımıza qatıla bilmədi. Qurultayda cari məsələlərə baxılıb, partiyanın seçkili orqanlarına və müvafiq strukturlarına seçkilər keçirilib, partiyanın ali məclisi və digər seçkili orqanları tam formalaşdırıldı.

Qurultay nümayəndələrinin təklifi ilə partiya təsis edildiyi ilk gündən ona rəhbərlik edən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun namizədliyi yenidən irəli sürüldü və o, yenidən Gələcək Azərbaycan Partiyasının sədri vəzifəsinə seçildi”.

Partiyadan bildirilib ki, beləliklə qurultay öz işini başa çatdırıb və qurultay sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət edilməsi qərara alınıb:

"Müvafiq sənədlər yaxın günlərdə tam hazırlandıqdan sonra instansiya üzrə Ədliyyə Nazirliyinə təqdim ediləcək”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300