DİM-dən imtahanlarla bağlı AÇIQLAMA

 

 

Məlum olduğu kimi, 21 avqust 2020-ci il tarixində II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində:

 

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

DİM-dən Musavat.com-a bildirilib ki, abituriyentlər qurumun saytından "İmtahana buraxılış vərəqəsi”ni (https://eservices.dim.gov.az/erizetex/brxvtex/?frm=egov) çap edə bilərlər.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və "İmtahana buraxılış vərəqəsi” ilə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Xatırladaq ki, 20 və ya 21 avqust tarixlərində (Qrafik) I və IV ixtisas qrupları üzrə qəbul imtahanları verənlər üçün "İmtahana buraxılış vərəqəsi” isə avqustun 14-dən etibarən DİM-in saytında yerləşdirilib:https://eservices.dim.gov.az/brxvbak/?frm=egov

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Diqqət!Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumatları rəsmi "Telegram" kanalında da izləyə bilərsiniz:https://t.me/stateexamcenter

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300