Bəzi yerlərə leysan yağıb -FAKTİKİ HAVA

 

Avqustun 3-ü saat 19:00-a olan məlumatına əsasən Bakı, Maştağa, Pirallahı Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan, İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan leysan yağışlar nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300