Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi layihəsi müzakirə edilib

 

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin müzakirəsi məqsədilə üç ölkənin nümayəndələrindən ibarət İşçi Qrupun videokonfrans formatında görüşü keçirilib.

Musavat.com-un Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən İşçi Qrupun Azərbaycan tərəfindən rəhbəri, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı verilmiş tapşırıqlara uyğun olaraq Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib.

Tərəflər Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əsasən nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair geniş fikir mübadiləsi aparıblar.

İşçi Qrupa Əfqanıstan tərəfindən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Acmal Ahmadi, Türkmənistan tərəfindən isə Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov rəhbərlik edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300