Alimlər ağcaqanadların aqressivliyinin səbəbini tapıb

 

Ağcaqanadların aqressivliyi qlobal istiləşmə və urbanizasiya ilə əlaqədardır.

"Report” "Current Biology” jurnalına istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın Prinston Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırma zamanı alimlər sarı febril ağcaqanadları tədqiq ediblər. Belə ki, bu ağcaqanadlar zika, denge, çikunqunya virusları, həmçinin sarı qızdırmanın daşıyıcısı ola bilərlər.

Tədqiqatçılar 27 yerə ağcaqanad yumurtası toplayıb, daha sonra sürfələrin dad üstünlüklərini müşahidə ediblər. Məlum olub ki, sıx əhaliyə malik rayonlarda yaşayan ağcaqanadlar qurban olaraq daha çox insanı seçirlər.

"Növbəti 30 ildə sürətli urbanizasiya Saharadan cənubda daha böyük sayda ağcaqanadı insanları dişləməyə təhrik edə bilər”, - araşdırmanın nəticəsində qeyd olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300