Ermənilərin təxribat anonsu –Azərbaycanlı səfirdən xəbərdarlıq

 

"Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı iri miqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.


Musavat.com-un məlumatına görə, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev özünün sosial şəbəkə hesabında yazıb.

Diplomat hesab edir ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:

"Bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər. Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də erməni vəhşiliyini gördü.

Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim "Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300