Mirzə Əliyev: "Prezidentin yeni sərəncamı ilə ayrılmış vəsait müasir suvarma sistemlərinin tətbiqinə yönəldiləcək”

 

"Prezident İlham Əliyevin bu gün imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamaqrar sahədə müasir texnologiyaların tətbiqini genişləndirmək və səmərəliliyi artırmaq üçün daha bir təkan olacaq”.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Xatırladaq ki, sərəncamla kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AKİA-ya 20 milyon manat ayrılıb.

M.Əliyevin sözlərinə görə, həmin puləsasən müasir suvarma sistemlərinin alınmasına və tətbiqinə yönəldiləcək.

"2019-2020-ci illərdə müasir suvarma sistemlərinin alınması üçün dövlət fermerlərə30 milyon manata yaxın dəstək verib. Son dövrlərdə bizə edilən müraciətləri nəzərə alaraq, eləcə də ölkənin su ehtiyatlarının istifadəsində səmərəliliyi artırmaq məqsədilə fermerlər arasında müasir suvarma sistemlərinin tətbiqinin təşviqini prioritetə çevirəcəyik. Torpaq sahələrinin həcmindən asılı olaraq hər növ müasir tipli suvarma sistemi mövcuddur və bu sistemlər ölkəmizdə müxtəlif təchizatçılar tərəfindən təklif olunur. Sudan səmərəli istifadə edərək və su itkisinə yol vermədən yüksək məhsuldarlığa nail olmaq mümkündür. Dövlətin təqdim etdiyi güzəşt və faizsiz kredit fermerlər üçün müasir suvarma sistemlərini daha əlçatan edir”, - deyə, o qeyd edib.

AKİA sədri onu da əlavə edib ki, 2020-ci ilin ötən 6 ayı ərzində dövlət fermerlərə texnika alışı üçün 34,8 milyon manat, damazlıq heyvan alışı üçün 10 milyon manatlıq güzəşt məbləğiverilib.

Ölkə prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına texnika və damazlıq heyvanların satışı üçün güzəşt və kredit məbləğlərini AKİA ödəyir. Fermerlər texnika alışına 40%, damazlıq heyvan alışına isə 60% güzəşt əldə edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300