46 ölkə Çinin uyğur türklərinə qarşı zülmünü dəstəkləyən sənədi imzaladı - İran və Səudiyyə Ərəbistanı da

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 44-cü sessiyasında 46 ölkənin nümayəndəsi Çinin Şərqi Türküstanda (Sincan Uyğur Muxtar Vilayətində) uyğur türklərinə qarşı həyata keçirdiyi etnik təmizləməni dəstəklədiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Belarusun təqdim etdiyi və Çinin Şərqi Türküstanda "separatçı qruplar" a qarşı mübarizə apardığı iddia olunan sənədi bəzi müsəlman ölkələr də imzalayıb.

İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi müsəlman ölkələrinin əksəriyyətinin imzaladığı sənəddə, rəsmi Pekinin Sincan bölgəsində insan haqlarını qoruduğu, separatizmə qarşı mübarizə apardığı iddia olunur.

Sənədi imzalayan 46 ölkənin siyahısı belədir: 1. Çin 2. Bəhreyn 3. Belarus 4. Burundi 5. Kamboca 6. Kamerun 7. Mərkəzi Afrika Respublikası 8. Komoralar 9. Konqo 10. Kuba 11. Şimali Koreya 12 Cibuti 13. Misir 14. Ekvatorial Qvineya 15. Eritreya 16. Qvineya 17. Qvineya Bisau 18. İran 19. İraq 20. Laos 21. Lesoto 22. Mozambik 23. Myanma 24. Nepal 25. Nikaraqua 26. Niger 27. Oman 28 Pakistan 29. Fələstin 30. Papua Yeni Qvineya 31. Filippin 32. Rusiya 33. Səudiyyə Ərəbistanı 34. Serbiya 35. Solomon adaları 36. Cənubi Sudan 37. Şri Lanka 38. Sudan 39. Surinam 40. Suriya 41. Birləşmiş Ərəb Əmirlikləri 42 Venesuela 43. Yəmən 44. Zambiya 45. Zimbabve 46. Toqo

Avropa Parlamentinin deputatı Rafael Glucksmann bu siyahını sosial mediada yayımlayaraq, "Siyahıdakı 46 hökumət kimi Şərqi Türküstandakı cinayətləri dəstəkləyən ölkələr var. Avropalı liderlərimiz kimi, səssiz qalanlar da var" deyib.

BMT, ABŞ Dövlət Departamenti, Human Rights Watch (HRW) və müxtəlif insan haqları təşkilatlarına görə, Çin hökuməti 2017-ci ildən bu yana uyğur türklərinin əsir olaraq saxlanıldığı 1300-ə yaxın düşərgə qurub.

ABŞ Dövlət Departamentinin məlumatlarına görə, bu düşərgələrdə 3 milyona yaxın uyğur zorla saxlanılır.

Avropa Parlamentinin 30 iyun tarixli hesabatında Çin hökumətinin uyğur türklərinə və digər müsəlman əhaliyə nəzarət etmək üçün tətbiq etdiyi kontrola alma proqramını genişləndirdiyini bildirmişdi.

Hesabata görə, mütəxəssislər Çinin Şərqi Türkistanda son dörd "demoqrafik soyqırım" həyata keçirdiyi bildirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300